“Gəncləşən muğam-4” konserti keçiriləcək
17 Yanvar 2013 12:57 Mədəniyyət2013-cü ilin fevral ayının 1-də Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə "Gəncləşən muğam-4" adlı gənc xanəndələrin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu il dördüncü dəfə gerçəkləşən "Gəncləşən muğam" konserti Azərbaycanın Xalq Artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Rəhbəri Xalq Artisti, professor Mənsum İbrahimovdur. "Gəncləşən muğam-4" layihəsinin informasiya dəstəyi Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət" qəzetinə və APA informasiya agentliyinə məxsusdur. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31