Məşhur serial məhkəməyə verildi
“Harem” serialının yayımının dayandırılması tələb olunur
17 Yanvar 2013 09:31 MədəniyyətTürkiyə vətəndaşı "Harem" serialının yayımının dayandırılması və rejissoru Qəni Müjdə barəsində istintaq başladılması üçün məhkəməyə müraciət edib. Ömər Faruk Bildirici İstanbul Bakırköy məhkəməsinə verdiyi ərizəsində, serialda tarixi dəyərlərin ələ salındığını, tarixi hadisələrin yumor mövzusu edildiyini yazıb."Serialda, o dövrdə yaşamış padşahlar alkoqol, xəlvət düşkünü, qadınların oyuncağı və sarayın xaricində bir həyatları olmamış kimi göstərmək cəsarəti nümayiş olunur, tariximizə adını qızıl hərflərlə yazdırmış və Türkiyə Cümhuriyyətinin quruluşunun təməl daşlarının meydana gəlməsində əvəzsiz zəhmətləri olmuş şəxsiyyətlərə böhtan atılır" - deyə ərizədə bildirilib.Daha əvvəl Türkiyə Böyük Millət Məclisinə də müraciət etdiyini deyən Ömər Faruk Bildirici Osmanlı padşahlarının hüquqi şəxsiyyətlərinin qorunması üçün qanun hazırlanmasını tələb etdiyini bildirib.