Cennifer Lopes keçmiş nişanlısı və keçmiş əri barədə danışdı

Latın amerikalı müğənni ayrılmış qadın obrazını canlandırdıqdan sonra vəziyyətini daha yaxşı başa düşüb

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopes şəxsi həyatı ilə bağlı bəzi etirafları edib. Müğənni əvvəlcə keçmiş nişanlısı Ben Afflekin rejissor kimi "Qızıl Qlobus" mükafatı almasına münasibət bildirib. "Onun adına çox sevinirəm. Mətbuatda haqqımızda o qədər həqiqətə uyğun olmayan şeylər yazıblar ki. Elə indi də yazırlar. Mən həqiqətən həmin an bunun çox möhtəşəm bir nailiyyət olduğunu düşündüm. Onu ayaq üstə alqışladım. O, buna layiq idi. Çəkdiyi film möhtəşəm idi", - deyə Cennifer Lopes bildirib. Cennifer Lopes 2012-ci ildə müğənni Mark Entonidən ayrılması barədə də danışıb. Yeri gəlmişkən, Lopes son çəkildiyi "Parker" filmində ayrılmış 40 yaşlı qadının obrazını canlandırır. O, bu rolun ona çox yaxın olduğunu deyir və eyni zamanda boşanması ilə bağlı bəzi etirafları edir: "Çox gülməlidir ki, mən özüm bunları yaşamışam. 1-2 ay əvvəl həyatımın və ailəmin tamam dağıldığını hiss edirdim. Bu filmdə çəkilmək də psixoloji olaraq mənim üçün çox çətin idi. Gün ərzində gözqamaşdıran və xoşbəxt görünürsən, amma gecə yatağına girəndə başa düşürsən ki, sabah yeni günə oyanmaq çətin olacaq. Hardasa, 6 ay, 1 il əvvəl bunu o qədər də başa düşmürdüm, amma indii daha yaxşı başa düşürəm." - sitatın sonu. Qeyd edək ki, Cenifer Lopesin "Parker" filmində tərəf müqabili Ceyson Stetamdır. Filmin premyerası yanvarın 25-nə planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31