"Muhteşem yüzyıl": "İbrahim, ey dost, uca Allaha dua edirəm ki..." VIDEO

Parqalı İbrahim Paşa Qanuni Sultan Süleymanın verdiyi edam fərmanı ilə cəlladlar tərəfindan yatağında boğulacaq. Qanuni Sultan Süleyman bir zamanlar ən yaxşı dostu olan Parqalı haqqında ölüm qərarı verdikdən sonra aralarında keçən gözəl günlər və dostluqlarını xatırlayır və bu sözləri deyir: "İbrahim. Parqalı İbrahim. Ey dost, uca Allaha dua edirəm ki, məni sənin kədərinlə, matəminlə sınamasın". Parqalı isə ona "Sən mənə qardaşımdan yaxınsan" deyən Sultan Süleymanın haqqında verdiyi edamdan xəbərsiz ona belə deyir: "Əlahəzrət, baharda Manisaya gedək. Birlikdə. Köhnə günləri yad edərik". Gecə isə Parqalı İbrahim Paşa Süleymanın edam fərmanı ilə cəlladlar tərəfindan yatağında boğulur. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31