Məşhur Hollivud aktyoru yenidən kinoya qayıtdı
Arnold Şvartseneggerin çəkildiyi "Sonuncu dirəniş" filminin premyerası baş tutub
16 Yanvar 2013 19:25 MədəniyyətSiyasətlə məşğul olduğundan uzun müddət kinoya ara verən Arnold Şvartseneqqer böyük kinoya qayıdışını təcəssüm etdirən "Sonuncu dirəniş" adlı filmin premyerasında iştirak edib.
Los-Ancelesdə baş tutan premyerada Arnold Şvartseneqqer bildirib ki, bu 2003-cü ildə "Terminator 3" filmindən sonra oynadığı ilk baş rol və Kaliforniya qubernatoru vəzifəsindən getdikdən sonra ilk böyük film debütüdür, ona görə də çox həyəcanlıdır.
Tanınmış aktyoru görmək üçün onun pərəstişkarları premyeranın keçirildiyi məkana axın ediblər. Qeyd edək ki, "Sonuncu dirəniş" filmi ABŞ kinoteatrlarında yanvarın 18-dən nümayiş etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31