Azərbaycanlı rəssamın “sümüklərin rəqsi” adlı sərgisi açılacaq
16 Yanvar 2013 14:30 MədəniyyətCari ilin yanvar ayının 18-dən mart ayının 7-dək Böyük Britaniyanın paytaxtı Londonda azərbaycanlı rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə "Sümüklərin rəqsi" adlı sərgidə N.Nəcəfov özünün son dövrdə yaratdığı rəngarəng rəsm əsərlərini incəsənət həvəskarlarına təqdim edəcək. Sərgidə rəssamın kətan üzərində çəkilən qaranlıq üslubu və fərqliliyi əks etdirən əsərləri nümayiş olunacaq.
2005-ci ildə "Kişi və qadın", 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında "Qobustandan yol gələn naxışlar", 2008-ci ildə isə Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. ("OLAYLAR"İA)