Ledi Qaqadan pərəstişkarlarına hədiyyə

Amerikalı müğənninin pərəstişkarları ABŞ turnesində onu avtobusla müşayiət edəcəklər

Ekstravaqant müğənni Ledi Qaqa öz pərəstişkarlarına onunla birlikdə avtobus turuna çıxmaq şansı yaradıb. Müğənninin "Born This Way" albomu ilə eyni adı daşıyan gənclər fondunun üzvlərinə "Born Brave Bus" adlanan avtobusda səyahət etmək imkanı verilib.
Əvvəlcə Vaşinqtonun Takoma rayonu marşrutu ilə gəzən pərəstişkarlar bu yaxınlarda Ledi Qaqanın Amerika turnesində də müğənnini müşayiət edəcək.
13-25 yaşlı gənclərdən ibarət "Born This Way" fondu Ledi Qaqanın konsert verəcəyi şəhərlərdə gənclər arasında sağlam həyat tərzini, tibbi-psixoloji xidmətlərdən istifadəni, cinayətkarlıqdan uzaq olmağı təbliğ edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31