Niyamdan yeni mahnı

Müğənni Niyam Səlami bu yaxınlarda Azərbaycan seriallarının biri üçün mahnı ifa edib. Təklif görkəmli bəstəkar Nailə Mirməmmədlidən gəlib. "Ya rəbb" adlanan mahnı artıq demək olar hazırdır. İfa tam hazır olmamış müğənni yeni mahnı üzərində çalışır. Beləliklə müğənni Flora Kərimovanın ifasında eşitdiyimiz "Unudaram mən səni" adlı ifanı Niyam fərqli aranjimanda ifa edəcək. Mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi İsrail Kərimova aiddir. Mahnı qısa zaman ərzində dinləyicilərə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31