Necati Şaşmazın eks-sevgilisi belə gizləndi - Foto
16 Yanvar 2013 10:24 MədəniyyətNecati Şaşmazın eks-sevgilisi, "Möhtəməm Yüz İl"in Mahidevranı Nur Fettahoğlu iş adamı ilə kameralara tuş gəldiyini görüncə gizlənməyə başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, həmkarı Okan Yalabıkın vida yeməyinə qatılan məşhur aktrisa gecə təkbaşına mərasimdən ayrılsa da, maşınına minərək başqa bir küçədə dayanıb. Bu zaman iş adamı Gökhan Niyanın avtomobilində əyləşən Nur Fettahoğlu kameralara tuş gəldiyini görüncə gizlənməyə başlayıb.
Amma gözəl aktrisa gizlənmək üçün "kreativ" bir yola əl atıb. Başını ayaqlarının arasına salaraq, "inanın, dostumdur, aramızda heç bir şey yox" deyib. Nurun dostu da üzünü gizlətməyə çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31