Firuzə İbadovadan bəyanat

17 ildir duet oxuyub, geniş ictimaiyyətin qarşısına birlikdə çıxan Firuzə İbadova və Cavanşir Məmmədov sənət yollarını ayrırıblar. Artıq onları duet ortağı kimi yox, ayrı-ayrılıqda izləyəcəyik. XəbəriPublika.az-a təsdiqləyən Firuzə xanım bildirib ki, ayrılmağı arxasında hansısa insident, inciklik dayanmır. Onlar birlikdə qərara gəliblər ki, solo fəaliyyət göstərsinlər.
"Bəli, 17 illik birgə fəaliyyətimizi dayandırdıq. Dost kimi ayrıldıq. Çünki Cavanşir müəllimlə uzun illər çörək kəsmişəm, dərdimizi, sevincimizi bölüşmüşük. Sadəcə, solo şəkildə davam etməyə qərar verdik. Heç kim bu qərardan sui istifadə etməsin. Bizim münasibətlərimizdə heç bir problem yoxdur. Sənətmizi ayrılıqda ictimaiyyətə çatdıracayıq" - deyən sənətçi söz verdi. Bildirdi ki, bundan sonrakı vaxtını daha çox tələbələrinin inkişafına ayıracaq.
"Nəhayət ki, tələbələrimlə daha ciddi məşğul ola biləcəm. El şənlikləri, təbdirlərdə əvvəlki kimi iştirak edəcəm. Bu ilin payızında isə, uzun fasilədən sonra solo konsertimi təqdim etməyi düşünürəm" - deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31