Tural Bakuvi “İlin bəstəkarı”, Rəmal Rəsul isə “İlin müğənnisi” adına layiq görülüblər
“Bu nominasiyaya layiq görülməyimin əsas səbəbi Flora xanımla işbirliyimiz olub”
15 Yanvar 2013 14:57 MədəniyyətYeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı bəstəkar Tural Bakuvi və müğənni Rəmal Rəsulu mükafatlandırıb. T.Bakuvi "İlin bəstəkarı", R.Rəsul isə "İlin müğənnisi" nominasiyasına layiq görülüblər. Tural Bakuvi mükafata layiq görülməsini xalq artisti Flora Kərimova ilə olan işbirliyinə və uğurlu instrumental kompozisiyalarla əlaqələndirib. T.Bakuvinin sözlərinə görə onun əsərləri tamaşaçı auditoriyası tərəfindən sevilir: "2012-ci ildə Flora xanıma təqdim edilən mahnılar Rəmal Rəsulla duet şəklində olub. Xüsusilə "Bağışla" adlı mahnımız, sözü və musiqisi mənə aiddir, etno-rok üslubunda, qısa müddət ərzində çox sevildi". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31