“Ev havası” - yalan yuvası...

Yazıçılar Birliyindən təsisçi və baş redaktora sərt ittiham

Azərbaycan Yazıçılar Birliyi (AYB) "publika.az" saytının təsisçisi Aynur Quliyeva (Camalqızı) və baş redaktoru Elçin Əlibəylini  AYB-ni aşağılamağa çalışmaqda ittiham edib. AYB-nin mətbuat xidmətindən "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, dönə-dönə AYB rəhbərliyindən üzr istəyən Aynur Quliyeva, ATV kanalının keçmiş əməkdaşı, Yazıçılar Birliyinə və onun üzvlərinə təhqiramiz çıxışlarıyla yadda qalan Elçin Əlibəyli yalan-palanla dolu çirkabı ictimai bir qurumun ünvanına sızdırmaqla ədəbi mühitdə çaşqınlıq yaratmağa çalışırlar: "İstəməzdik ki, "publika.az" ictimai fəlakətlərə yol açan bir yalan yuvası olsun... Necə ki şəxsi-qərəzliklə psixoloji durumunu durultmağa çalışan bir yazarın ağ yalanlarına meydan verib. Həftələrlə Mahirə Abdullanın izinə düşən ondan informasiyalar qopartmağa çalışan saytın əməkdaşı verəcəyi sualları öz rəhbərliyi ilə necə lazımdır ölçüb-biçib, qayçıladığını qayçılayıb, yapışdırılmasını yapışdırıb. Belə olmasaydı AYB-ə müraciət edib daha dürüst söhbəti dövriyyəyə buraxardı. Belə olan halda daha doğrusunu deyib "Ev havası"na pəncərə olaraq üfunəti təmizləmək məcburiyyətində qalırıq". Məlumatda o da bildirilir ki,  Mahirə Abdullanın AYB-də çalışdığı az müddət ərzində birillik təqaüd fondundan həm özü, həm də Azərbaycan Yazıçılar Birliyi üzvü olan ailəsinin daha iki üzvü faydalanıb. Üzvlüyə qəbulu şərtləndirən Ekspertlər şurasının üzvü Mahirə Abdulla üzvlərin əksəriyyətinin istedadsız olduğunun günahını özündə də axtarmalıdır. Dəfələrlə qarşıdurma yaradıb öz iş yoldaşlarını əməlli-başlı məşğul edən özü deyilmi? Öz ahıllıq dövrünü yaşayan Abbas Abdullanın stolu üstündə qayçı görməyənlər necə deyə bilərlər ki, Mahirə Abdulla düz deyir? Təhqir olunan, söyülən, döyülən Abbas Abdullanın hüquq-mühafizə orqanlarına şikayət məqsədindən AYB-nin rəhbərliyi çəkindirdi, məhz Mahirə Abdulla qadın olduğuna görə... Sayman Aruzla olan olay da həmçinin... şər, böhtan, iftira - Abbas Abdulla olayı eynən Sayman Aruzla olan olayın eyni notlu ssenarisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31