İlk və uzunömürlü dueti dağıldı

Müğənnilərin ayrılması sadəcə mətbuat xidməti səviyyəsində açıqlanır. Azərbaycanın ilk və ən uzunömürlü dueti dağıldı. Milli.Az-ın məlumatına görə, tamaşaçılar müğənni Cavanşir Məmmədov və Firuzə İbadovanı artıq bir yerdə görə bilməyəcəklər. Cütlük artıq ayrılmaq barədə qərar verib. Onların hansı səbəbdən ayrılması, aralarında narazılığın olub-olmaması mətbuatdan gizlin saxlanılır. Müğənnilərin ayrılması sadəcə mətbuat xidməti səviyyəsində açıqlanır.
F.İbadovanın prodüseri Zümrüd Güləli qızı Milli.Az-a açıqlamasında bildirdi ki, Cavanşir Məmmədov və Firuzə İbadova dostcasına ayrılıblar. Onlar bundan sonra yaradıcılıqlarını tək davam etdirəcəklər, eyni zmanda F.İbadova müəllimliklə məşğul olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31