“PAT vəziyyəti" adlı sərgi açılacaq
15 Yanvar 2013 13:10 MədəniyyətCari ilin yanvar ayının 16-da "YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" qalereyasında "PAT vəziyyəti" adlı sərgi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə ,"YARAT" Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - "Mars" qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilib.
Sərgidə bu qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdiriləcək.
"PAT vəziyyəti" sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31