Könül Kərimova: “ Mənəm-mənəm deyən ifaçılar...”
15 Yanvar 2013 11:58 MədəniyyətMüğənni Könül Kərimova maraqlı açıqlamaları ilə diqqət çəkib. Lent.az-a açıqlama verən müğənni deyib ki, Azərbaycanda keçirilən ən çətin məclislərin idarəçiliyi onun adı ilə bağlıdır: "Deyirlər ki, Şəmkir toyları Könülündür. Oranın toylarına ancaq o, baxır. Ancaq deyilənlərə cavab olaraq deyim ki, min yeyənin olsun, bir deyənin olmasın. Mən yalnız Şəmkir toylarında oxumuram, Azərbaycanın bir çox regionunda keçirilən el məclislərini idarə etmişəm. Amma idarə etdiyim toy hər müğənninin oxuya biləcəyi toy olmayıb. Ən çətin toyları idarə etmişəm. O toyları mənəm-mənəm deyən müğənnilər idarə edə bilməzdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31