Zəlimxan Yaquba böyrək köçürülməsi təxirə salınıb

2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan Xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı Modern.az-a danışıb. O özünü yaxşı hiss etdiyini və səhhətinin yaxşı olduğunu vurğulayıb. "Hər həftə dializ əməliyyatından keçirəm. Getdikcə də səhhətim normallaşır".
Yanvarın 12-də Almaniyadan qayıdan Zəlimxan Yaqub bildirib ki, bir həftə orada qalıb. "Həkimlər səhhətimin qənaətbəxş olduğunu dedilər. Hələ ki, böyrək köçürməsi olmadı. Amma aprel ayında yenidən Almaniyaya gedəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31