“Abşeron” yeni mahnısını təqdim edib VIDEO

2012-ci il uğurla başa vuran "Abşeron" qrupu, 2013-cu ildə ilk mahnısını tamaşaçılara təqdim edib. Yaranan gündən bəstəkar və xalq mahnıları ciddi musiqiyə böyük ölçüdə yer ayıran qrup bu dəfə başqa bir tərzdə ifa nümayiş etdirib.

"Abşeron"un "Bu nömrəyə zəng çatmır" adlı yeni mahnısı işıq üzü görüb. Qrupun bu yeni mahnısı  tamaşaçılar və xüsüsən də  gənclər tərəfindən böyük maraqla qarşılanıb. "Abşeron" bu mahnının  hitlər sırasında olacağına əmindir: "Daha 2 mahnımız yaxın 1 ayda işıq üzü görəcək. Mart ayında klipdə çəkməyə hazırlaşırıq. Toylardan qazanırıq. Bizə təlabat çoxdur, tez-tez toylara dəvət alırıq". Qrupun yeni ərsəyə gətirdiyi "Bu nömrəyə zəng çamır"mahnısı o, qədər marağa səbəb olub ki, artıq mobil operatorlarda zengimcell kimi istifadəyə verilib. Qeyd edək ki, "Bu nömrəyə zəng çatmır" adlı mahnını söz və musiqisi  "Abşeron"qrupunun bədii rəhbəri  və solisti Şəhriyar Məhərrəmova məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31