Səbinə Babayeva: “Ailə qurandan sonra...”
14 Yanvar 2013 12:01 Mədəniyyət"Eurovision-2012" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayeva "Baku Jazz Centre"də konsert proqramı ilə çıxış edib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bu cür konsertlər silsilə şəklində olacaq: "Ailə qurduqdan sonra bir çoxu yaradıcılığımda gerilədiyimi düşündü. Lakin bu, belə deyil. Ailə qurmağımın yaradıcılığıma mənfi təsiri yoxdur. "Eurovision-2012"də Azərbaycanı təmsil etməmişdən öncə "Jazz Centr"də həftə sonları solo-çıxışlar edirəm. Yenidən bu ənənəni davam etdirirəm".
Qeyd edək ki, konsert zamanı müğənni pərəstişkarlarına "Sari Gəlin" mahnısını da ifa edib. Müğənni konsertini "When the music dies" mahnısı ilə yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31