Hansı əcnəbi xanım azərbaycanlı müğənnini seçdi?
9 Yanvar 2013 11:37 MədəniyyətGənc müğənni Elvin Abdullayev yeni mövsümün ilk mahnısını təqdim edib. "Qafqazinfo"ya açıqlama verən müğənni bildirib ki, sözləri Zeynəbə, musiqisi Gülnarə xanıma məxsus olan "Şanlı Azərbaycan" adlı mahnı artıq hazırdır.
"Keçən ildən üzərində çalışdığım bu mahnını nəhayət ki bu ilin əvvəlində dinləyicilərə təhvil verə bildim. Bu mahnıya artıq ekran həyatı verməyi də düşünürəm. Bu il yaradıcılığımla bağlı daha çox işlər görəcəyəm. Əcnəbi bir xanım müğənnidən duet təklifi almışam. Hələ ki, xanım müğənninin adını açıqlamaq fikrim yoxdur. Artıq mahnı seçimini də etmişik. Duetimiz baş tutandan sonra, bu müğənnin adını açıqlayacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31