Əli Mirəliyev: “Brilliantı toylara mən aparmışam"
8 Yanvar 2013 18:47 MədəniyyətMüğənni Əli Mirəliyev xalq artisti Brilliant Dadaşovanı efir vasitəsi ilə məzəmmət edəndən sonra, xanım həmkarının dəyişdiyini deyir. Bu barədə o, Publika.Az-a danışıb: "Brilliantı efirdən danladım, dedim ki, bəzi mahnıları düz oxumursan, əlavə, yersiz boğazlar edirsən. O da məzəmmətimdən nəticə çıxardı və indi "Bakı gecələri" mahnısını olduğu kimi ifa edir. Brilliantı toylara mən aparmışam və həmişə də mahnıları düzgün oxuyub. Nədənsə axır vaxtlar, musiqilərə əlavə boğazlar edir ki, bu da mahnıları korlayır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31