Əli Mirəliyev ara mahnılara “davay do svidaniya” dedi
“Gənclər ampluası ağır olan musiqilərə yaxın durmurlar”
8 Yanvar 2013 14:34 MədəniyyətÜzeyir, Lil Orxan, Balabəy kimi ara müğənnilərinin magnıları daha dəbdədir, nəinki Qara Qarayev, Cavanşir Quliyevin musiqilərinə heç qulaq asan yoxdur. Əməkdar artist Əli Mirəliyev hesab edir ki, rəhmətlik Üzeyir Hacıbəyovun əsərlərini qoyub insanlar "Davay do svidaniya", "Vodka xoroso, jenşina xoroso" kimi səviyyəsiz musiqilərə qulaq asırlarsa vay o millətin halına: "Əgər bir milləti məhv etmək istəyirsənsə ilk öncə onun mədəniyyətini əlindən al. Bu gün latın adlı millət yoxdur amma, latın dili hələ də yaşayır. Azərbaycan dili yaşaya-yaşaya biz öz ana xəttimizdən çıxıb ara musiqliləri oxumaqla pul qazanırıq. Gənclər bu cür musiqiləri çox asan qəbul edirlər, ampluası ağıq olan musiqilərə isə heç yaxın da durmurlar. Sətraltı musiqiləri hər insan qavramır, onun təfəkkürü, şüru onu dərk etməyə imkan vermir. Ona görə də ara musiqiləri bu gün dəbdədir. Ara musiqilər o vaxtı da qəbul olunub, indi də" ("OLAYLAR" İA)