Zarina “Qayıtmadı”

Gənc və iddialı müğənni Zarina Məmmədova 2013-cü ilin ilk klipini ərsəyə gətirib "OLAYLAR"ın məlumatına görə, "Qayıtmadı" adlı mahnıya ekran həyatı verən müğənni bir neçə günə klipin təqdimat mərasimini də keçirəcək. Sözləri Leyli İsrafilovanın musiqisi Hakan Erolun olan mahnıya çəkilən klipin rejissoru Nail Naiboğlu. Tərəf müqabili musiqiçi Sami Oruc olduğu klipdə Zarinanın imici üzərində stilist və vizajist Elnur Həsənov çalışıb. Klipdə Zarinanın daha bir neçə obrazı var. Onu da bildirək ki, "Qayıtmadı" mahnısı lirik notlar üzərində yazılıb. Burada iki gəncin sevgisindən bəhs olunur. "Qayıtmadı" klipinin çəkilişləri zamanı lentə alınan bəzi görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31