Azəri Günel nədən qorxur?

Uşaq yaşlarından Türkiyədə yaşayan Azəri Günelin son illər saçını sarı rəngdə görməyə alışmışdıq.  Publika.az-ın məlumatına görə, sənətçi dəyişiklik edib, saçını təbii rənginə boyadıb. Qara saçlarda başqalaşan Günel bu düzümün ona yaraşdığına əmindir. Onun saçını sarı rəngdə görməyə alışanlar bu yeniliyi bir qədər tərəddüdlə qəbul etsələr də, Günel fikrindən dönməyib. Bir müddət bu düzümdə görünməyi düşünən sənətçi xarici görünüşü ilə bağlı böyük komplekslərinin olmadığını bildirdi. Amma o, kökəlməkdən qorxur. Onu daha çox narahat edən bəzən ekranda olduğundan iri görünməsidir.
"Geyimlərin açıq və qapalı olmağından asılı olmayaraq, həmişə minuslarımı görməyə çalışıram. Bir az çəki artanda efir bunu ikiqat göstərir. Bu səbəbdən çəkimi normada saxlamaq üçün üsullardan bəhrələnirəm. İdman, pəhriz daha çox istifadə etdiyim üsullardır. Bu günə qədər nəzərəçarpacaq çəki artımı problemim olmayıb", - deyə Azəri Günel bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31