Gürcüstan "Eurovision-2013"ə duet göndərir
Bu ölkəni Nodi Tatişvili və Sofie Gelovani dueti təmsil edəcək
7 Yanvar 2013 20:02 Mədəniyyətİsveçdə keçiriləcək 58-ci "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək ölkələr sırasında olan Gürcüstan artıq təmsilçisini müəyyənləşdirib. Bu ölkəni Malmö səhnəsində Nodi Tatişvili və Sofie Gelovani dueti təmsil edəcək. 1984-cü ildə anadan olmuş Sofie Gelovani 1990-97-ci illərdə musiqi məktəbində təhsil alıb. Sənətçi həmçinin 1999-cu ildə "Səhər ulduzu" TV şousunun qalibi adını qazanıb.
1986-cı ildə anadan olan Nodi Tatishvili isə musiqi məktəbində və Tiflis Texniki Universitetində təhsil alıb. O, həmçinin Londonda oxuyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31