Sərdar Ortaç evlənir

Bu gün Türkiyə mətbuatında yayılan bir xəbər ölkənin şou-biznes aləmindən yazan jurnalislər arasında canlanma yaradıb. "Azadinform" Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir "Güvənə biləcəyim, məni xoşbəxt edəcək qız tapa bilmirəm" deyən Sərdar Ortaç Litva Chloe Loughnan ilə evlənəcək. Mətbuata görə, bu şad xəbəri müğənninin pərəstişkarlarına Ebru Gündəş çatdırıb. Ebru Gündəş sənətdə olmağının 20 illiyini həyat yoldaşı Rza Zərrab, Sərdar Ortaç, Əsra Erol və Nur Yerlitaş kimi yaxın dostlarının əhatəsində qeyd edib. Ebru Gündəş Sərdar Ortaçla "Bilsem ki" mahnısını birlikdə oxuduqdan sonra şad xəbəri verib: "İlk dəfə bəyan edirəm ki, Sərdar da Chloe ilə evlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31