Milli Azərbaycan Tarixi Muzeyinin fondu zənginləşdirilir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XX əsr görkəmli Azərbaycan siyasi xadimi Əziz Əliyevə (1897-1962) məxsus bir sıra eksponatlar qorunur. Onların sırasında tarixi əşya olması ilə bərabər nadir sənət əsəri sayılan xəncər xüsusi yer tutur. Hazırda muzeyin Silahlar və Bayraqlar Fondunda qorunan xəncər polad tiyə, qızıl, gümüş, qarasavat və sümüklə bəzədilən dəstəkdən ibarətdir.

Qeyd edək ki, 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyub, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar. Onu da qeyd edək ki, muzeyin fondlarında Əziz Əliyevə məxsus təltif nişanları və sənədlər də qorunmaqdadır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31