“Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərləri” çap olunub
7 Yanvar 2013 12:16 MədəniyyətAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtib etdiyi "Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərləri" (rus dilində) kitabı nəşr edilib. Nəşrdə ilk dəfə olaraq görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun publisistika, folklorşünaslıq və etnoqrafiya sahəsindəki əsərləri bir kitab halında çap edilib. Buradakı materiallar Teymur bəy Bayraməlibəyovun Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindən götürülüb. Nəşrin rəyçisi akademik Teymur Bünyadov, redaktoru isə filologiya elmləri doktoru Paşa Kərimovdur. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31