Bricit Bardo Qurban bayramından danışdı

Tanınmış aktrisa: "Fransanı tərk etmək barədə fikirlərim olduqca ciddidir"

Tanınmış fransalı aktrisa Bricit Bardo Fransanı tərk etmək barədə fikirlərində olduqca ciddidir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, artıq bu ölkə onu ifrat dərəcədə bezdirib."Mən artıq bu ölkəni dəstəkləmirəm. Nikola Sarkozi də digərləri kimi, mənə verdikləri vədləri yerinə yetirmədi. Heç kəs mənim xahişimi nəzərə almadı. Bu da məni yalnız ağradır və əsəbləşdirir. Mən özümü olduqca zəif görürəm. Çünki mən onlardan çox şey istəməmişəm. Sadəcə heyvanların xilas edilməsini xahiş etmişəm", deyə B. Bardo bildirib.Onun niyə məhz Rusiyanı seçdiyinə gəldikdə isə aktrisa bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə fərəhlənir: "O, məncə daha insansevərdir. Hər dəfə mən ondan nə isə xahiş edəndə, o yerinə yetirir. O, heyvanların müdafiəsi üçün tək başına bizim bütün prezidentlərimizdən çox işlər görüb. Rusiyada Qurban bayramı yoxdur. Orada bir mərasim olaraq heyvanları küçədə kəsmirlər".B. Bardo vurğulayıb ki, o, dəfələrlə sabiq prezident Sarkoziyə bununla bağlı müraciət edib. Ancaq N. Sarkozi onun bu müraciətini cavabsız qoyub.Xatırladaq ki, 78 yaşlı fransalı aktrisa Fransa hökumətinin Lion şəhərindəki sirkində vərəm xəstəliyindən əziyyət çəkən iki filin yatırdılaraq öldürülməsindən imtina etmədiyi halda, Rusiya vətəndaşlığı üçün müraciət edəcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31