“Sev kardeşim”in ifaçısı vəfat etdi- VIDEO
Müğənninin “Sev Kardeşim” mahnısını Azərbaycanın tanınmış müğənnisi Zeynəb Xanlarova da ifa edib
5 Yanvar 2013 08:30 MədəniyyətTürkiyənin tanınmış müğənnilərindən "Sev Kardeşim", "Hayat Bayram olsa" mahnılarının məşhur ifaçısı Şenay Yüzbaşıoğlu 62 yaşında vəfat edib.1951-ci ildə İstanbulda dünyaya gələn Şenay Yüzbaşıoğlu 1969-cu ildə paytaxt Ankarada peşəkar musiqi fəaliyyətinə başlayıb. Bir çox tanınmış bəstəkar, musiqiçi, prodüsserlə birlikdə işləyən müğənni 1971-ci ildə Türkiyənin tanınmış dirijoru Şərif Yüzbaşıoğlu ilə ailə həyatı qurub.Türkiyə pop musiqisinə böyük töhfələr verən müğəninin oxuduğu "Sev Kardeşim", "Hayat Bayram olsa", "Honki Ponki" və s. mahnıları türk filmlərində də səsləndirilib.Xatırladaq ki, müğənninin "Sev Kardeşim" mahnısını Azərbaycanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Zeynəb Xanlarova da ifa edib.