Oteldə toy edəcək

Bu yaxınlarda hamıdan gizli nikah masasına oturan Emma Ələkbərzadə təmtəraqlı toy etməyə hazırlaşır.Müğənni axşam.az saytına açıqlamasında toyunu şadlıq evində yox, böyük bir oteldə, xarici stildə edəcəyini söyləyib. Emma xüsusi ssenari ilə keçiriləcək toyda əcnəbi qonaqların da olacagını söyləyir.Məhərrəmlik ayından sonra baş tutacaq mərasimdə müğənni gəlinlik paltarının da fərqli olacağını iddia edir.Nikahının gizli keçirilməsini isə müğənni belə izah etdi:"Hansısa işi əvvəlcədən planlaşdırıramsa, heç nə alınmır. Buna görə də istədim hər şey gizli olsun. Önəmli olan odur ki, mən həyat yoldaşımla xoşbəxtəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31