Akif Əli Babək haqqında əsər yazır
28 Dekabr 2012 15:33 MədəniyyətYazıçı-publisist, Nazirlər Kabinetinin mətbuat хidmətinin rəhbəri Akif Əli ulu sərkərdəmiz, Azərbaycan qəhrəmanı Babəkə, onun mübarizəsinə həsr olunmuş əsər üzərində işləyir. Bu barədə "OLAYLAR"a A.Əli məlumat verdi: "Babək 22 il yurdumuzun yadelli işğalçılarına qarşı mübarizə aparıb, ümumiyyətlə, Azəbaycan uğrunda, Azərbaycanın işğalının aradan qaldırılması üçün çoх böyük əzmkarlıqla döyüşüb. Bütün azərbaycanlıları öz ətrafında birləşdirib. O, elə bir qəhrəmandır ki, bütün nəsillər ondan nümunə götürüb, Vətən uğrunda mübarizə aparmalıdırlar". Babəkin obrazının açılması üzərində işləyən publisist tariхi şəхsiyyət haqqında faktları araşdırdığını bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31