Motsartın musiqisi müalicə edir

İlk dəfə musiqinin xəstəlikləri müalicə etməsi və bunu elmi cəhətdən sübut edən Pifaqor olub. O iddia edirdi ki, musiqi ali qanunlara (riyaziyyata) tabedir və insan orqanizmində harmoniyanı bərpa etməyə qadirdir. Əlbəttə ki, söhbət sadə musiqidən deyil, akademik tibb tərəfindən müalicəvi və biosistemin harmoniyasını təşkil edən musiqidən gedir.
XX əsrin əvvəllərində məşhur psixonevroloq Vladimir Mixayloviç Bexterev musiqinin insan orqanizminə təsirini öyrənməyə başlayıb. Alim bu qənaətə gəlib ki, musiqi insanın yorğunluğunu aradan qaldırır, onu enerji ilə doldurur, ən əsası, qan dövranını və nəfəs almasını yaxşılaşdırır. Bexterevin tədqiqatlarından sonra XX əsrin ortalarında psixoterapiyada yeni istiqamət musiqiterapiya yarandı. Onun fikrincə, bu metodla psixi disbalansların, şizofreniyanın, autizmin və s. psixi patologiyaların müalicəsində yaxşı nəticə əldə etmək mümkündür.
Musiqiterapevtlər bildirirlər ki, hər bir pasiyent üçün fərdi melodiya seçmək lazımdır, lakin şəxsi pis psixoloji vəziyyətdən çıxarmaq üçün universal musiqilər mövcuddur. Əlbəttə, bu, klassik musiqidir. Bir məsələni qeyd etmək lazımdır ki, burada söhbət hansı janrda musiqini bəyənib-bəyənməməkdən getmir. Məqsədyönlü terapiya konkret olaraq bir sıra psixomatik problemləri aradan qaldırır.
Mütəxəssislərin məsləhətləri həyatın çətin məqamlarında bəlkə də köməyinizə gələ bilər.
* Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün Motsartın "Türk üslubunda Rondo", Jorj Bizenin "Karmen" operasından "Habanera"nı və yaxud Cüzeppa Verdinin "Aida" operasından "Təntənəli marşı" dinləmək lazımdır.
* Xoşagəlməzlikləri və problemləri unutmağa Frans Şubertin "Ave Mariya" və İoqanneç Bramsın "Lay-lay"ı kömək ola bilər.
*Əgər səhərlər yuxudan oyana bilmirsinizsə, Antonio Vivaldinin konsert və sonataları, Frans Şubertin serenadalarını dinləmək yerinə düşər.
*Səhər gümrahlığını və təzəliyini musiqi ilə qazanmaq istəyənlərə Rixard Ştrausun "Səhər", Edvard Qrikin "Bu səhər əhvalı"nı, Klod Debyusinin "Dəniz" simfoniyasını və ya Olivye Messianın "Quşların oyanışını" dinləyin.
*Yorğun olanda Elvis Preslinin, Lui Armstronqun və ya Dyuk Vellinqtonun lent yazılarını dinləyin.
*Yuxusuzluqdan əziyyət çəkənlər Pyotr Çaykovskinin "Pyes", Kristof Qlyukun "Melodiya", Robert Şumanın "Arzular", Yana Sibeliusun "Kədərli vals"ını dinləyin. Əla kömək edir.
Dini musiqi, xüsusilə orqanda ifa edilərkən insanlara sakitlik, mənəvi aydınlıq gətirir, ağrıları yüngülləşdirir və məqsədlərə çatmağa kömək edir.
"Xarici görünüşü hansı musiqilər yaxşılaşdırır" sualı bütün qadınları maraqlandırır. Bu sualın cavabı artıq bəllidir. Mütəxəssislərin söylədiklərinə inansaq, bütün yuxarıda sadalananlar və Motsartın musiqisi. Onun musiqisi haqda tanınmış isveçrəli teoloq deyib: "Allahın yanında mələklərin yalnız Bahı ifa etdiklərini həqiqət olduğunu bilmirəm, amma mən əminəm ki, ev şəraitində olanlar yalnız Motsartı ifa edirlər".
Ümumiyyətlə, Motsartın musiqisi xüsusidir. Neyrobioloq Qordon Şou bir sıra eksperimentlərdən sonra bu qənaətə gəlib ki, Motsartın musiqisi insan beyninin bütün imkanlarını mobilizasiya edir. Alim hesab edir ki, çox parlaq, aydın və müxtəlif calarlı musiqi beyninin işini yüngülləşdirir, əqli işlə məşğul olanlara çox kömək edir. Belə müsbət təsir onunla izah edilir ki, Motsartın əsərləri 30 saniyəlik "uca-yavaş" intervalına tab gətirir. Bu isə insan beynini biotoklarının xarakterinə tam olaraq uyğun gəlir.
Dahi avstriyalı bəstəkar öz musiqilərini aydın, major tonlarda yazıb. Ona görə də daim dinləyicilərin diqqətini cəlb edir. Onun simfoniyaları və skripka üçün konsertləri o qədər saf, aydındır ki, insanda bu köklənmənin təsiri altına düşmək və həyatdan zövq almaq kimi təbii arzular baş qaldırır.
Cavanlaşmada da klassik musiqinin faydası böyükdür. Xüsusilə Motsartın musiqisinin təsir gücü unikaldır. Qəlbinizə dəyən olanda Motsartın musiqilərini dinləyin, o, qəlbinizi kindən təmizləyəcək, sizi incidənləri başa düşəcəksiniz. Və yaxud qorxanda, həyəcanlananda onun musiqisini dinləyin. Fortepiano üçün "Alleqro" əsərini isə diqqətinizi toplamaq lazım olanda dinləyin. Deyilənlərə görə, çətin qərar öz-özünə ortaya çıxacaq.
Psixoterapevtlər musiqinin belə güclü təsirinin səbəblərini araşdırmaq istəsələr də, hələ bu suala cavab tapılmayıb. Amma deyirlər ki, "Motsart effektinin" elmi cəhətdən aydınlaşdırılmaması vacib deyil. Əsas odur ki, müalicə edən, cavanlaşdıran və bizi gözəlliyi qəbul etməyə qadir edən musiqi mövcuddur. Bu hədiyyədən imtina etməyin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31