Röyanın Türkiyə şou-biznesindəki işi səs-küy yaradıb
27 Dekabr 2012 18:20 MədəniyyətRöya türk tamaşaçılarının qəlbini fəth edir. "Azadinform" show.az-a istinadən xəbər verir ki, müğənninin Türkiyədə çıxan "Göndər" adlı sinqlı musiqi dünyasında böyük səs-küy yaradıb. Söz və bəstəsi Soner Sarıkabadayıya məxsus olan mahnı ilə "Bir salamın belə başımın tacı" deyən Röyanın bu gedişlə türk pərəstişkarlarının başının tacı olacağı söylənir. Türk mediası Röyanı "səsi, ifa tərzi və gözəlliyi ilə qısa müddətdə hər kəsin diqqətini çəkən müğənni" kimi təqdim edib.
Qeyd edək ki, uğurlu gedən sinql satışları ilə yanaşı, "Göndər" mahnısı radiolarda da ən çox səsləndirilən hitlərdən birinə çevrilib. Mahnının akustik versiyası Mustafa Ceceli imzası ilə, remix versiyası isə Kaan Gökman tərəfindən hazırlanıb.
Türk dinləyicilərinə ilk albomunu təqdim edən Röya bundan sonra da maraqlı layihələri ilə qardaş ölkənin musiqi dünyasında fəaliyyətini davam etdirməyə hazırlaşır.