“Saç da əkdir, burnunu da düzəltdir, amma…”

"Saç da əkdir, burnunu da düzəltdir, amma bunu el-aləmə car çəkmə. Onsuz da hamı görəcək ki, saç da əkdirmisən, burnunun da düzəltdirmisən". 
Publika.Az-a danışan Elariz Məmmədoğlu plastik əməliyyatları ilə gündəmə gələn həmkarlarını qınadı. Plastik əməliyyatlara heç də pis baxmadığını deyən Elariz belə vasitələrlə gündəmə gəlməyi qəbul etmədiyini dedi. Onun fikrincə, müğənni yalnız sənəti ilə gündəmə gəlməlidir. Elə buna görə də başını aşağı salıb yaradıcılıq planlarını gerçəkləşdirməklə məşğuldur. Müğənni tezliklə yeni albomunu və klipini pərəstişkarlarına təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31