Teleapırıcı: "Həyat yoldaşma geyim hədiyyə edəcəm"

Məşhurlar bayramda həyat yoldaşlarına nə hədiyyə edəcək?

Məşhur qadınlardan yeni ildə həyat yoldaşlarına nə hədiyyə edəcəklərini soruşduq.

İctimai televiziyanın aparıcısı Leyla Əliyeva bu suala cavab vermək istəmədiyini bildirib.

"Şəxsi həyatımla bağlı suallara cavab vermək istəmir və bu kimi şeylərin gizli qalması istəyirəm".

Gülyanaq xanım isə Publika.Az-a həyat yoldaşına hədiyyə etmədiyini və bu kimi şeyləri sevmədiyini etiraf edib.

"Həyat yoldaşım 8 martda mənə hər zaman hədiyyə edir. Lakin nə yalan deyim, mən ona bayramlarda hədiyyə etmirəm. Belə günlərdə biz həmişə ailəvi gəzməyə və hardasa əylənməyi sevirik. Məncə, bunun özü elə hədiyyədir".

Ans televiziyasının "Xəbərçi" proqramının aparıcısı Nigar Mahmudova da bununla bağlı fikir bildirib.

"Düzü hələ heç bir hədiyyə almamışam və bu haqda düşünməmişəm. Yəqin ki, ya geyim, ya da ətir alaram. Onların hansı markadan olduğunu deyə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31