"Forbes" ilin ən gəlirli aktrisalarını müəyyənləşdirib

Jurnal maksimum qonorar alan aktrisaların reytinqini müəyyənləşdirib

Aktrisa Natali Portman və "Alatoranlıq" filminin qadın qəhrəmanı Kristen Stüart "Hollivudun ən gəlirli ulduzları" siyahısının liderləri seçiliblər. "Forbes" jurnalı maksimum qonorar alan aktrisaların reytinqini müəyyənləşdirib. "Forbes"in hesablamalarına görə, kino istehsalçılarının Natali Portmanın iştirakına yatırdıqları hər 1 dollar onlara 42,70 dollar gətirir. Məsələn, Darren Aronofskinin çəkdiyi "Qara Ququşu" filmində Portman balerina rolunu canladırıb. Rejissor bu filmə təxminən 13 milyon dollar xərc çəkib. Lakin filmin bütün dünya üzrə prokatı onlara təqribən 329 milyon dollar gəlir gətirib.
Kristen Stüart rentabillikdə Portmanı nisbətən geridə qoyur. Onun qonorarının hər 1 dolları 40, 60 dollara gəlib çıxır. Bu ilin yayında da Stüart Hollivudun ən yüksəkgəlirli aktrisaları sırasında yer almışdı. Onun gəliri 2011-ci ilin may ayından 2012-ci ilin mayına qədər 34,5 milyon dollar təşkil edib.
Bundan öncə isə "Forbes" ən gəlirli aktyorlar arasında Eddi Merfinin pullarının daha çox olduğunu hesablamışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31