Flora Kərimovadan sərt ismarış: "Zəhərləyib öldürəcəyəm"

"Mən İlan ili, Şir bürcündə doğulmuşam". "2013-cü il mənim ilimdir. Mən İlan ili, Şir bürcündə doğulmuşam. Açın qulağınızı, eşidin, kim mənim ayağımı tapdalasa, dönüb çalacağam. Özü də mən zəhərli ilanam, bütün zəhərimi tökəcəyəm və düşmənimi zəhərləyib öldürəcəyəm..."
Xalq atisti Flora Kərimova Publika.Az vasitəsi ilə düşmənlərinə sərt ismarış ötürdü. Düşmənlərinə bəribaşdan onunla ehtiyatlı davranmağı məsləhət gördü:
"Şir bürcündə doğulanlar qüdrətli, güclü və sadiq adamlar olurlar. Üstəgəl də İlan ilində doğulmaq o deməkdir ki, bizimlə ehtiyatlı olmaq lazımdır. Amma bir iş də var ki, ilanlara dəyməsən, sənə xətər toxundurmaz. Vay o gündən ki, ilanın quyruğunu tapdalayasan, bax onda ilanın üzünü görmə. Səni elə zəhərləsin ki, yerində qalasan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31