“Möhtəşəm Yüzil”in yeni sultanı -
27 Dekabr 2012 12:30 MədəniyyətTürkiyənin daha bir məşhur aktrisası "Möhtəşəm Yüzil"də olacaq.
"Qafqazinfo"nun məlumatına görə, "Yarpaq Tökümü", "İffet" ilə məşhur olan Dəniz Çakır serialda sultan obrazını yaradacaq. Belə ki, ötən həftə "Yaxşı Cazibə" serialında Cazibə obrazını yaratmış Aslıhan Gürbüzün "Möhtəşəm yüzil"ə keçidi son anda baş tutmayıb. Onlar razılığa gəlməyiblər.
Bu səbəbdən Sultan Süleymanın bacısı Şah Sultan rolunu Deniz Çakır oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31