Şok iddia: Uitni Hyuston borca görə öldürülüb?

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Uitni Hyustonun ölümü ilə bağlı yeni, şok iddia gündəmə gəlib.Milli.Az TMZ-yə istinadən bildirir ki, Beverli-Hillzdəki "Beverley Hilton" otelinin nömrəsindəki vanna otağında ölü tapılmış 48 yaşlı müğənninin kokain, marixuana və daha bir neçə narkotik maddədən ibarət kokteyl qəbul edəndən sonra keçindiyi bildirilib.Bu, məhkəmə-tibb ekspertizasının rəyi və rəsmi açıqlamadır.
Özəl detektiv Pol Habl isə bildirir ki, ABŞ-ın Federal Təhqiqat Bürosunun açıqlaması yanlışdır: "Uitnini öldürüblər. Onun narkotacirlərə borcları vardı və həmin borclar yığılıb qaldığından, ödənmədiyindən draq-dilerlər Hyustonu qətlə yetirdilər".National Enquirer-ə verdiyi açıqlamasında Habl deyib: "Uitninin bir neçə böyük narkotacirə borcları vardı. Həmin borcların ümumi məbləği 1,5 milyon dollara çatmışdı və narkotacirlərin tələblərinə rəğmən, müğənni həmin pulu ödəmirdi. Ona görə də narkotacirlər killerləri yolladılar, Uitni qətlə yetirildi".Habl bildirir ki, Hyuston keçindiyi günün səhəri böyük miqdarda kokain alaraq otağının qapısını bağlayıb və bundan əvvəl də xidmətçiyə deyib: "Bu zibil həyatdan artıq bezdim!"Habl onu da söyləyir ki, Hyustonun ətrafında dəfələrlə iki naməlum adamı görüb."Uitninin ölüm pozası göstərir ki, o, keçinməzdən əvvəl mübarizə aparıb. Onun cəsədi son nəfəsinədək sağ qalmaq üçün mübarizə aparan adamın klassik pozası idi. Bildiklərimi Federal Təhqiqat Bürosuna demişəm. Ümid edirəm ki, Büronun Çikaqodakı departamenti yeni cinayət işi açacaq", - detektiv Habl söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31