Tanınmış müğənni bazar günü evlənəcək
Daha əvvəl, yayın əvvəlində evlənəcəyini deyən Teoman dekabrın 30-da evlənəcəyini açıqlayıb
27 Dekabr 2012 09:38 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Teoman ailə qurmağa qərar verib. "Habertürk" qəzetinin məlumatına görə, Teoman 12 illik sevgilisi Ayşə Kaya ilə evlənəcək. Daha əvvəl, gələn il yayın əvvəlində evlənəcəyini, 2014-cü ilin mart ayında ata olmaq istədiyini deyən Teoman "Nə gözləyirik ki?" - deyərək dekabrın 30-da evlənəcəyini açıqlayıb. "Les Ottomans" hoteldə keçiriləcək nigah mərasimində cütlüyün qohumları və yaxın çevrəsindən olan 50 qonaq iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31