Görkəmli xanəndə Qədir Rüstəmova məxsus əşyalar AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olundu
27 Dekabr 2012 01:13 MədəniyyətQarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycanın xalq artisti, xanəndə, görkəmli muğam ifaçısı Qədir Rüstəmovun (1935-2011) şəxsi əşyaları, sənədləri və təltif nişanları AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olundu. Xanəndənin həyat yoldaşı Fatma xanım Azadi tərəfindən muzeyə təqdim olunan əşyalar sırasında görkəmli muğam ustası Xan Şuşinskinin 1965-ci ildə Qədir Rüstəmova bağışladığı qaval və qəlyan, xanəndənin qəlyan kolleksiyası, qızıl və gümüş üzükləri, "Xalq artisti", "Əməkdar artist" vəsiqələri, "Şöhrət" ordeni və s. əşyalar var. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31