Şou-biznes əhli Yeni ildə harada dincələcək?

Adətən Yeni ildə başqa ölkələrdə dincəlməyə üstünlük verən şou əhli, görəsən, 2013-cü ili harada qarşılayacaq?

Publika.az sorğu keçirdi...
Xalq artisti Nazpəri Dostəliyeva Yeni ili Londanda qarşılayacaq. Belə ki, müğənni xanım ailəsi ilə birlikdə yanvarın ilk həftəsini Londanda keçirəcək. Məqsəd həm də dincəlib, bayramın dadını çıxarmaqdır. Özü də belə deyir.
Əməkdar artist Tünzalə Ağayeva Yeni ili Bakıda keçirəcək, ailəsinin əhatəsində.
Müğənni İlhamə Qasımova, deyəsən, soyuqdan bezib, isti ölkədə qızınmaq fikrinə düşüb. Elə buna görə də o Yeni ili Hindistanda keçirəcək.
Şairə Könül Nazimqızı Yeni ili paytaxt Bakıda - doğmalarının arasında keçirəcək: "Adətən Yeni ili ailə daxilində qeyd etməyi xoşlayıram".
Ayaz Qasımov Yeni ili Azərbaycanda qarşılayacaq - ailəsi ilə birgə. Dincəlməyə vaxtı qalmayacağını deyən Ayaz şou-proqramlara qatılacaq.
Müğənni Lalə Məmmədova Yeni ili ailəsi ilə birgə Türkiyədə qarşılayacaq. Həm də ilboyu canında olan yorğunluğu çıxaracaq.
Xuraman Şuşalı digər həmkarlarından fərqli olaraq Yeni ili ənənəsinə sadiq qalaraq evində - ailəsi ilə birgə qeyd edəcək.
Bəhram Bağırzadə Yeni ili evində - ailəsi ilə birgə qarşılayacaq. İstirahət günlərini də paytaxtda keçirəcək.
Rəqqasə Oksana Yeni ildə Gürcüstana gedəcək.
Əməkdar artist Almaz Ələsgərli Yeni ili İsveçdə təhsil alan qızı Mədinənin yanında qeyd edəcək: "Həm ziyarət, həm ticarət" prinsipi ilə İsveçə yollanacaq sənətçi bir həftə yorğunluğunu canından çıxaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31