2013-ün ilk qonağı Selena Qomez olacaq
26 Dekabr 2012 19:30 MədəniyyətDünya şöhrətli amerikalı aktrisası və müğənni Selena Qomez Bakıda konsert proqramı ilə çıxış edəcək. "Azadinform" xəbər verir ki, müğənni 2013-cü ildə Bakıda çıxış edəcək. "Love you like a love song" adlı meqa-hiti ilə populyarlaşan ifaçının rəsmi İnternet saytında Bakı konserti ilə bağlı heç bir məlumat yerləşdirilməyib.
Qeyd edək ki, məşhur "Emmi" mükafatına layiq görülən S.Qomez 1992-ci il iyulun 22-də ABŞ-ın Texsas şatatında Mendi Kornet və Rikardo Gomesin ailəsində dünyaya gəlib. Atası Rikardo əslən Latın Amerikasından, anası Mendi isə italyan-ingilis metisidir. S.Qomezin adını o vaxtlar tanınmış müğənni olan Selenanın şərəfinə qoyublar. Müğənninin 5 yaşı olanda valideynləri boşanıblar.
Xatırladaq ki, Selena Qomez məşhur müğənni Castin Bieberin sevgilisidir.