Xalq artisti Mübariz Tağıyevdən müğənnilərə ittiham
Mübariz Tağıyev: “Azərbaycandan kənarda tanınmaq üçün müğənnilərin özündən də çox şey asılıdır”
26 Dekabr 2012 16:39 MədəniyyətMüğənni Nüçabə Ələsgərli həmkarları Brilliant Dadaşova, Röyalə Nəcəfova (Röya) və Aygün Kazımovanı ittiham edib. Müğəninin iddialarına görə həmin müğənnilər Türkiyədə populyar olmaq üçün böyük məbləğdə pullar xərcləyirlər. Nüşabə Ələsgərlinin sözlərinə görə onsuz da həmin müğənnilər qonşu Türkiyədə tanınmırlar. Ümumiyyətlə tam mənada demək olar ki, SSRİ-nin parçalanmasından sonra Azərbaycanı dünyada tanıtdıran müğənni yox səviyyəsindədir. "Məsələlər daxildə olan reklamla həll olunmur, bu günki gündə buraxılan disklərin, albomların reklamı da yoxdur. Sənətin Azərbaycan sərhədlərindən kənara çıxarması ilə məşğul olan insanlar mövcud deyil. Buraxılan disklər də xarici ölkələrdə yayılmır" deyən Respublikanın Xalq Artisti Mübariz Tağıyevin sözlərinə görə bu məsələdə diasporların da günahları çoxdur, ancaq ən böyük günah müğənnilərin özündədir. Bunu sadəcə olaraq təşkil etmək lazımdır. Xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri müğənniləri həmin dövlətlərə dəvət etməli, konsertlərini təşkil etməkdə kömək etməlidirlər ki, yavaş-yavaş müğənnilərimizi tanısınlar. Sənət aləminin tək qazanc yeri toylardr, restoranlardır, bunun sənətlə heç bir əlaqəsi yoxdur, səhnə fəaliyyəti tam başqa bir şeydir. Müğənnilərin reklamı Azərbaycanın daxili bazarı üçün işləyir. Bunun üçün Azərbaycanda fəaliyyət göstərən "Şou-biznes Mərkəzi" yoxdur və belə bir mərkəzin tikilməsinə ehtiyac var. Sonrası da bir müğənni əgər Azərbaycandan kənarda tanınmaq istəyirsə onun özü də bu yöndə əziyyətdən keçməlidir. Yəni ki, onların xaricdə tanınıb, yaxud tanınmaması onların özlərindən asılı olan amildir" (OLAYLAR İA)