Nüşabə Aygün, Röya və Brillianta səsləndi: “...özünüzü yormayın”
26 Dekabr 2012 14:17 MədəniyyətMüğənni Nüşabə Ələsgərli Türkiyə şou-biznesinə qatılmaq istəyən Azərbaycan müğənnilərini sərt ittiham edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyədə azərbaycanlı şou nümayəndələrimizi tanımırlar. "Aygün , Röya, Brilliant ora gedib tanınmaq istəyirlər. Amma orada tanınmaq mümkün deyil. Haradan tanısınlar axı? Onlara 2-3 milyon xərcləyən olsa, bəlkə. Amma indi, istər Aygünü, Röyası, Brilliantı öz pullarının hesabına Türkiyədə tanınmaq istəyirlərsə, özlərini yormasınlar, elə öz yerlərində çapalayacaqlar. Çünki, orada tanınmaq üçün sənət öndə deyil, pul və çevrə əsasdır" - deyə, Nüşabə Ələsgərli bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31