Mehriban Zəki: Ədəbiyyat bu deyil ki...
26 Dekabr 2012 04:39 MədəniyyətAktrisa yazıçılardan narazılıq edib. "Azadinform" xəbər verir ki, aktrisa Mehriban Zəki gənc yazarları tənqid atəşinə tutub.
O, bildirib ki, indiki yazarların kitablarını alırsan, amma əsərlərini 5-6 səhifədən sonra oxuya bilmirsən: "Bu yaxınlarda gənc yazarların necə yazdığı ilə maraqlandım. Onlardan bəzilərinin kitablarını aldım. Amma heç birini sonadək oxuya bilmədim. Hamısında söyüş, vulqar ifadələr yer alırdı. Ədəbiyyat bu deyil ki, kobud ifadələrlə, küçə söhbətləri ilə oxucu cəlb edəsən. Düzdür, mən yazıçılar kimi bədii əsərlərin üslubundan tam anlamıram. Amma nə gəldi yazmağın da tərəfdarı deyiləm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31