Məşhur aktyor vəfat etdi

Tanınmış amerikalı aktyor Cek Kluqman 90 yaşında dünyasını dəyişib. Milli.Az TMZ-yə istinadən bildirir ki, aktyorun vəkili Larri Larsonun dediyinə görə, Kluqman evində, yuxuda olanda keçinib. Kluqman 1970-ci illərdə çəkildiyi "The Odd Couple" və "The Defenders" seriallarındakı rolları ilə daha da məşhurlaşmışdı.
 O, "12 Angry Men" filmindən sonra populyarlaşmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31