Türk musiqisinin möhtəşəm gecəsi
Bakıda Türkiyə türk musiqi qrupunun konserti keçirildi
25 Dekabr 2012 13:16 MədəniyyətDekabrın 24-də Bakıda Türkiyə səfirliyinin təşkilatçılığı ilə konsert verilib. Konsert proqramına türk musiqisinin klassik əsərləri daxil edilib. Tədbirdə Türkiyə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən İstanbul dövlət türk musiqisi araşdırma və tətbiqetmə qrupu çıxış edib. Qrupun ifasında türk bəstəkarları Nevrəs Paşa, Yəhya Nazim Əfəndi, Pir Sultan Abdalın əsərləri və Türkiyə xalq musiqiləri səsləndirilib. Tədbirdə həmçinin Türkiyədən olan iş adamları, Azərbaycanın incəsənət xadimləri iştirak ediblər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31