İbrahim Tatlısəsin arvadlarının kababxana davası

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin boşadığı arvadı Derya Tuna ilə indiki arvadı Ayşegül Yıldız arasındakı "kababxana davası" başa çatıb. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, İstanbulun Zekeriyaköy səmtindəki "Tatlıses kebab" kababxanası müğənninin sabiq arvadı Derya Tunanın əlindən alınıb. A.Yıldız mart ayında kababxananın menecerinə məktub yollayaraq "bundan sonra pulları şirkətə nağd ödəyəcəksiniz" yazmışdı. Derya Tuna buna etiraz etmişdi: "O kababxananı İbrahim açdı. O desin, kababxananı qaytarım". İbrahim Tatlısəs də: "Deryanın əzilməsinə yol vermərəm", - desə də, nəticə Tunanın əleyhinə oldu.
Derya Tuna ötən həftə: "O kababxanada oğlumuz İdonun da payı var", - deyib, amma məhkəmənin qərarı ilə "Tatlıses kebab" ondan alınaraq Ayşegül Yıldıza verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31