Azərbaycanlı müğənni Qırğızıstan səhnəsində
25 Dekabr 2012 12:03 MədəniyyətMüğənni Elvin Abdullayev Qırğızıstanda keçirilən "Azərbaycan günləri" adı altında keçirilən konsert proqramında çıxış edib. "Olaylar"a açıqlama verən müğənni bildirib ki, bir neçə həmkarım ilə Bişkek şəhərində 2 gün konsert proqramı ilə çıxış edib. "Mən və bir neçə müğənni həmkarlarım ötən gün, Bişkek şəhərində konsert proqramı ilə çıxış etdik. Çox saylı həmvətənlərimizin qatıldığı bu konsert proqramı, Gənclər və idman naziriAzad Rəhimov tərəfindən təşkil olunmuşdu. Bişkekdən gələr - gəlməz yaradıcılıq işlərimə start verdim. Yeni ifa etdiyim mahnımın son tamamlanma prosesi gedir. Bir neçə yeni mahnılarım hazır olsa da, yeni mövsümdə təqdim etmək niyyətindəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31